ABŞ-da 2 yaşlı təsadüfən anasını güllələyib

05:52 31 Dekabr 2014
38 Dünya
Ölkə mətbuatı
A- A+

[ 31 Dekabr 2014 05:29 ]

Bakı-APA. ABŞ-ın Aydaho ştatında fəaliyyət göstərən Walmart super marketində 2 yaşlı oğlan uşağı təsadüfən anasına atəş açaraq qətlə yetirib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, 29 yaşlı qadın aldığı ağır güllə yarasından hadisə yerində keçinib. İnsident Heyden şəhərində qeydə alınıb.  

 

Məlumata görə, qadın 4 övladı ilə birlikdə dükanda alış-veriş edərkən, 2 yaşlı oğlu onun əl çantasından xəlvətcə tapançanı çıxarıb və təsadüfən anasına atəş açıb. Aldığı ağır güllə yarasından qadın hadisə yerində keçinib.

 

İnsident səbəbindən dükan müvəqqəti bağlanıb,  hadisə yerinə polis cəlb olunub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR