FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb.
Milli.Az apasport.az-a istinadən, Azərbaycan yığması 116-cı pillədə yer alıb.
Hesabında 296 xal olan komandamız yanvarın 7-də açıqlanan cədvəldəki mövqeyini qoruyub. Robert Prosineçkinin yetirmələri bu müddətdə heç bir rəsmi matça çıxmayıb.
Millimiz və "qonşuları"
111 (105). Anqola - 306
112 (111). Mərkəzi Afrika Respublikası - 302
113 (113). Çad - 301
114 (115). Aruba - 298
114 (117). Türkmənistan - 298
116 (116). AZƏRBAYCAN - 296
117 (121). Syerra-Leone - 290
118 (119). Sent-Kitts və Nevis - 289
119 (110). Burundi - 288
120 (121). Tailand - 286
120 (120). Gürcüstan - 286
Dünyanın ən güclü 10 komandasının tərkibində isə heç bir dəyişiklik olmayıb. Planetin nəhəngləri mövqelərini qoruyublar. Yalnız Çilinin xal hesabında artım olub.
İlk "onluq"
1 (1). Belçika - 1494
2 (2). Argentina - 1455
3 (3). İspaniya - 1370
4 (4). Almaniya - 1347
5 (5). Çili - 1293
6 (6). Braziliya - 1251
7 (7). Portuqaliya - 1219
8 (8). Kolumbiya - 1211
9 (9). İngiltərə - 1106
10 (10). Avstriya - 1091
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya və San-Marinonun yeri və xalı dəyişməz qalıb. Çexiya və Şimali İrlandiya isə Kot-d`İvuarın geriləməsi hesabına 1 pillə irəliləyiblər. Digər rəqiblərimizdən fərqli olaraq, xal hesabı da artan Norveç isə 4 addım irəliləyib.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
4 (4). Almaniya - 1347
25 (26). Çexiya - 860
29 (30). Şimali İrlandiya - 825
50 (54). Norveç - 597
198 (198). San-Marino - 28
Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda 933 xalla 20-ci yerdə qərarlaşıb. "Ay-ulduzlular" da Kot-d`İvuarı keçiblər.
Milli.Az