Şəkidə tok vurdu, şokdan öldü

Şəkidə tok vurdu, şokdan öldü
09:27 31 Dekabr 2014
100 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 30 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
 
Milli.Az APA-ya istinadən bildirir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, rayonun Aşağı Göynük kənd sakini, 1984-cü il təvəllüdlü Azər Abdulla oğlu Mahmudov dekabr ayının 30-u axşam saatlarında elektrik cərəyanı vurması nəticəsində şok vəziyyətdə xəstəxanaya daxil olub. Həkimlərin göstərdiyi səylərə baxmayaraq 30 yaşlı Azər Mahmudovun həyatını xilas etmək mümkün olmayıb. Azər Mahmudov xəstəxananın reanimasiya şöbəsində ölüb.
 
Məlumatda bildirilir ki, yaşadığı evin çardağında elektrik naqillərini təmir edən Azər Mahmudovu elektrik cərəyanı vurub.
 
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/316709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR