8 nəfəri öldürdü, sonra intihar etdi

8 nəfəri öldürdü, sonra intihar etdi
09:32 31 Dekabr 2014
90 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadada naməlum kişi 8 nəfəri qətlə yetirib, sonra isə intihar edib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, insident eyni zamanda Alberta əyalətinin iki şəhərini – Fort Saskaçevan və Edmonotone şəhərlərini əhatə edib.
 
Edmonotone şəhərinin polis rəisi Rod Knextin sözlərinə görə, dekabrın 30-na keçən gecə üzərində güllə yaraları olan 8 cəsəd aşkarlanıb. Çağırış əsasında yaşayış evinə gələn polis əməkdaşları mənzildə 3 qadın, 2 kişi və 2 uşağın (oğlan və qız) meyitini aşkarlayıb.
 
Bir müddət sonra polis Gdmontone şəhərinin cənub-qərb hissəsində daha bir qadının meyitini aşkarlayıb.
 
Bundan sonra polisə Fort Saskaçevan şəhərində naməlum kişinin intihar etməsi barədə məlumat daxil olub. Polis onun 8 nəfəri qətlə yetirən şəxs olduğunu bildirir.
 
İnsidentin təfərrüatları hələlik açıqlanmır.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/55338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR