Azərbaycan dünya 20-liyində

Azərbaycan dünya 20-liyində
09:41 31 Dekabr 2014
101 Ölkə
Ölkə mətbuatı
A- A+

2014-cü ildə milli iqtisadiyyatın əlverişli xarici mövqeyi qorunub, valyuta ehtiyatları artmaqda davam edib. Azərbaycan iqtisadiyyatı cari ildə region ölkələrində gedən proseslər fonunda yüksək sabitlik nümayiş etdirib.

Dünya əmtəə bazarlarındakı mövcud konyunktura baxmayaraq, 2014-cü ilin ötən 11 ayında xarici ticarət balansının profisiti ötən ilin eyni dövrünə nəzərən 2.7 faiz artıb. İxracın həcmi idxalı 2.6 dəfə üstələyib. İdxalın 18 faiz azalması müşahidə olunub.

AzərTAc xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Bildirilir ki, milli iqtisadiyyata xarici investisiyalar 11 ayda 16.5 faiz artaraq 5.6 milyard ABŞ dolları təşkil edib. Ölkənin yüksək beynəlxalq reytinqi ilk dövlət avrobondlarını dünya bazarlarında əlverişli şərtlərlə yerləşdirməyə imkan verib.

Tədiyə balansının profisiti şəraitində strateji valyuta ehtiyatları il ərzində 3 faiz artıb, ehtiyatların ÜDM-ə nisbətinə görə (təqribən 70 faiz) Azərbaycan dünyada ilk 20-likdəki yerini saxlayıb. Valyuta ehtiyatları ölkənin təxminən 3 illik idxalı həcmindədir və xarici dövlət borcunu 8 dəfədən çox üstələyir. Azərbaycanın beynəlxalq kreditor mövqeyi daha da güclənib. Qiymətləndirmələrə görə, ölkənin məcmu xarici aktivləri öhdəliklərini 2.7 dəfə üstələyir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=317300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR