Azərbaycanlı ifaçı Fransanın “O Səs” ("The Voice") müsabiqəsində hamını heyrətləndirib.

ANS PRESS-in məlumatına görə, həmyerlimiz Araz Hümbətli müsabiqədə Kris Ayzekin repertuarından “Wicked Game” mahnısını ifa edib.

25 yaşlı Araz münsiflər heyətinin hamısının rəğbətini qazana bilib. O, səhnədə çıxışı zamanı tarla ifa edib. Azərbaycanlı ifaçı zalda əyləşən tamaşaçıları da pozitiv zarafatları ilə güldürə bilib.


Araz Hümbətli Fransanın "O Səs" müsabiqəsində


Dünyanın 50-dən çox ölkəsində yayımlanan "The Voice" televerilişinin lisenziyalı Azərbaycan versiyası da var. Səs Azərbaycan şousunun münsiflər heyətinə Azərbaycanın xalq artistləri Faiq Ağayev və Mübariz Tağıyev ilə yanaşı əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva da daxildir.

Əlavə edək ki, həmyerlilərimiz "O Səs Türkiyə" müsabiqəsində də uğur əldə edir. Bu mövsümdə də müsabiqədə iştirak edən azərbaycanlılar arasında ən yadda qalan Leyla Rəhimova, "Nəğd pul" qrupu və başqaları olub.


Elnur Hüseynovun "O Səs Türkiyə"dəki ifası

2014-cü ildə isə "O Səs Türkiyə"nin qalibi azərbaycanlı müğənni Elnur Hüseynov olub. O, Ebru Gündeşin komandasında mübarizə aparıb.