Kaliforniyanın mətbuatında Ermənistanın işğalçılıq siyasəti barədə yazılıb

Kaliforniyanın mətbuatında Ermənistanın işğalçılıq siyasəti barədə yazılıb
10:33 31 Dekabr 2014
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 31 dekabr /Trend/

Kaliforniyanın Fresno şəhərində nəşr olunan “Fresno Bee” qəzetinin 29 dekabr sayında Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məktubu dərc olunub. Fresno şəhəri ABŞ-da erməni icmasının ən çox yaşadığı şəhərlərdəndir.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, məktub, sözügedən qəzetdə qondarma “dqr”-ə dair dərc olunmuş məqaləyə cavab olaraq yazılıb.

Məktubda qeyd edilib ki, qondarma “dqr” Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz hərbi işğalı və bu ərazilərdə aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni rejimdir. Bildirilb ki, qondarma “dqr” ABŞ və ya hər hansı digər dövlət tərəfindən tanınmayıb.

1991-94-cü illərdə Azərbaycan ərazilərinin beşdə birinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və səkkiz yüz mindən çox azərbaycanlının bu torpaqlardan zorla didərgin salındığını bildirən baş konsul, müqayisə üçün, işğal olunmuş torpaqların ərazisinin sözügedən qəzetin dərc olunduğu böyük Fresno Vilayətinin ərazisinə bərabər olduğunu qeyd edib.

N.Ağayev, həmçinin, BMT Təhlükəsizlik Şurasının bu işğalı sərt şəkildə pislədiyini və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal çıxardılmasını tələb etdiyini vurğulayıb.

Azərbaycanın Ermənistan ilə sülh istədiyini bildirən baş konsul N.Ağayev, eyni zamanda, sülhün yalnız Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxardacağı, qanunsuz işğala son verəcəyi və didərgin salınmış azərbaycanlıların öz torpaqlarına qayıtması nəticəsində mümkün ola biləcəyini qeyd edib.

Məktubla bu linkdə tanış olmaq olar: http://www.fresnobee.com/2014/12/29/4306299/a-different-perspective.html

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2349316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR