Türkiyənin məşhur serialında Azərbaycan mahnısı səslənib.
ANS PRESS-in məlumatına görə, Azərbaycanın xalq mahnısı “Aman ovçu” ötən gün “Gecenin kraliçesi” serialının son bölümündə ifa edilib.

Serialda mahnı Perihan Altındağın ifasında səsləndirilib. Ümumiyyətlə, Türkiyədə bu mahnının indiyə kimi bir çox ifaçısı olub. Onlardan ən məşhuru isə Barış Manço hesab olunur.


"Gecenin kraliçesi" serialı


Barış Manco - "Aman ovçu"

Ümümiyyətlə Azərbaycan mahnıları bir neçə dəfə qardaş ölkənin kinolarında səslənib. Ötən il müğənni İradə İbrahimovanın repertuarından "Neyləyək alınmadı" (musiqisi Vaqif Gərayzadə) mahnısı Türkiyənin məşhur komediya aktyoru Cem Yılmazın lentə aldığı "Ali Baba və 7 Cücələr" filmində oxunmuşdu.


"Ali Baba və 7 Cücə" filminin anonsu