A–
Bakı, 10 fevral, Nihad Budaqov, AZƏRTAC
Yanvarda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir. Keçən ay OPEC-in hasilatı gündəlik 130 min 700 barrel artıb. Bununla da yanvarda təşkilat üzrə hasilat gündəlik 32,34 milyon barrelə çatıb.
Ötən ay OPEC-ə üzv ölkələr arasında xam neft hasilatı ən çox Nigeriya, Səudiyyə Ərəbistanı, İraq və İranda artıb, Anqola və Əlcəzairdə isə istehsal azalıb.