Yevlaxda bayram günü faciə: 2 ölü

Yevlaxda bayram günü faciə: 2 ölü
12:27 31 Dekabr 2014
96 Digər
Ölkə mətbuatı
A- A+

“Vaz 21 07” və “Opel Vektra”-nın toqquşması 2 sərnişinin ölümü ilə nəticələnib
Xaldan-Mingəçevir yolunun 10- cu kilometrliyində, Yevlax rayonunun Havarlı kəndi ərazisində baş verən yol qəzasında 2 nəfər ölüb.
Milli.Az El Tv-ə ( Region Tv) istinadən xəbər verir ki, Qəbələ rayonunun Mıxlıqovaq kənd sakini, 1983-cü il təvəllüdlü Daşdəmir Tahir oğlu Qafarovun idarə etdiyi “Vaz 21 07” markalı avtomobillə Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Elxan Firudin oğlu Cabbarovun idarə etdiyi “Opel Vektra” markalı avtomobil toqquşub.

Bu zaman “Vaz 2107”-də olan sərnişin, 1967-ci il təvəllüdlü Əjdər Əli oğlu Qafarov hadisə yerində keçinib. Hər iki avtomobilin sürücü və “Opel Vektra”-da olan sərnişin, 1972-ci il təvəllüdlü Rövşən Kərim oğlu Rəhimov yaralanıb.

Onlar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, onlardan Rövşən Rəhimovun həyatını xilas etmək mümkün olmayıb. Ilkin ehtimala görə, hadisəyə avtomobillərdən birinin hərəkət zolağını keçməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/55327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR