Jurnalistin evində qətl

Jurnalistin evində qətl
13:51 31 Dekabr 2014
119 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Turqut Özalın dostu, məşhur jurnalist Mehmet Barlasın oğlu Cəmil Barlasın evində türkmənistanlı qadın qulluqçu birlikdə işlədiyi qadın həmyerlisini vəhşicəsinə qətlə yetirib.

ANS PRESS-in məlumatına görə, qətlə yetirilmiş Maya Gözəl Kərimova qatilin işlədiyi villanın duşunda qətlə yetirilib. Ayrı-ayrı evlərdə çalışan Türkmənistan vətəndaşlarının arasında dava 2 min dollar borc üzündən düşüb.

Qatil qadın həmyerlisini bıçaqlayaraq öldürdükdən sonra villanın duşunda onu parçalayaraq sellofon torbaya yığıb, sonra onu çamadana qoyaraq Zekeriyeköydə meşəyə atıb. Cinayət qadın xidmətçinin türkmən sevgilisinin polisə müraciəti nəticəsində ortaya çıxıb.

Tirkiş adlı türkmən Maya Gözəl Kərimovanın itkin düşdüyünü bildirib. "Onunla 4 ildir birlikdəyik. İşlədiyi yerdə icazəli olduğu günlər Bayrampaşaya yanıma gəlirdi. İtdiyi gün mənə zəng etmişdi və eyni məhəllədə başqa bir villada çalışan rəfiqəsi Sahicemalın yanına gedəjəyini söyləmişdi. Ancaq bir daha ondan xəbər ala bilmədim. Telefonu da bağlanıb",- deyə o bildirib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=317318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR