Bu gün ölkǝ daxili vǝ xaricinǝ planlaşdırılan bir sıra reyslǝrin tǝxirǝ salındığı açıqlanıb.
Milli.Az TRT-yə istinadən bildirir ki, Türk Hava Yolları şirkǝtinin qeyri-sabit hava şǝraiti sǝbǝbindǝn, bu gün ölkǝ daxili vǝ xaricinǝ planlaşdırılan bir sıra reyslǝrinin tǝxirǝ salındığı açıqlanıb.
Şirkǝtin rǝsmi twitter sǝhifǝsindǝ yer tutan açıqlamada, İstanbul Atatürk Hava Limanından saat 07.00, 16.00 vǝ 17.30-da Ankara; saat 15.45-dǝ Adana, saat 08.15-dǝ Cenevrǝ ilǝ saat 10.10-da Zaqrebǝ planlaşdırılan qarşılıqlı reyslǝrin tǝxirǝ salındığı qeyd edilib.
Milli.Az