Anqolada 404 karat ağırlığında almaz tapıldı.

Milli.Az bildirir ki, bu barədə moderator.az "ng.ru"-ya istinadən xəbər verir.

Anqolanın mərkəzi hissəsində 404,2 karat ağırlığında və 7 sm uzunluğunda almaz aşkar edilib. Ağırlığına görə bu almaz dünyada 27-ci yer tutur, onun qiyməti 20 milyon ABŞ dolları dəyərindədir.

Tapıntı Anqolanın milli şirkəti "Endiama", "Lucapa Diamond Company" və "Rosas & Petalas" özəl investisiya şirkətinin həyata keçirdiyi birgə layihəsi nəticəsində baş verib.

Nyu-Yorkda yerləşən "Yəhuda" ticarət şirkəti almazın müayinəsini edib və "Type IIa" kateqoriyasına daxil edib. Bu mineralın nümunəsi "vizual olaraq mükəmməl" anlamına gəlir. Amerika Geoloji institutu almazı ən qiymətli növlər arasına daxil edib.

Əvvəlki rekordçu 2007-ci ildə tapılan 217,4 karat ağırlığında "Anqola ulduzu" isimli almaz idi. İndiyədək tarixin ən böyük almazı ismini 1905-ci ildə Cənubi Afrikada tapılan və 3106 karat (621 qram) ağırlığında olan məşhur "Kullinan" qoruyur. Bu almazdan hazırlanan brilyantlar Böyük Britaniya taxt-tacını və hakimiyyət rəmzlərini bəzəyir.

Milli.Az