Türkiyə, bundan sonra vaksin istehsal edǝrǝk ixrac etmǝyǝ başlayacaq.
Ankara Universitetinin fǝaliyyǝtlǝri ilə; Hepatit B, difterit, tetanus, qızılca və vərəm kimi idxal edilən müxtǝlif vaksinlǝri istehsal edǝcǝk.
Milli.Az TRT-yə istinadən bildirir ki, difterit, tetanus və Hepatit B isə 11 fərqli ölkəyə ixrac ediləcək.
Ankara Universiteti Əczaçılıq Fakültəsi ilə Türk Dərman və Serum Sənaye arasında peyvəndlərin araşdırılması, inkişaf etdirilməsi və istehsalatını ehtiva edən protokol imzalanıb.
Ankara Universiteti Əczaçılıq Fakültəsində vaksin araşdırma-inkişaf etdirmə laboratoriyası qurularaq aparılan fǝaliyyǝtlǝr milli və beynəlxalq miqyasda tanıdılacaq.
Əczaçılıq tǝlǝbǝlǝri dǝ, vaksin varaşdırma və inkişaf etdirmə sahəsində tǝcrübǝ stajı keçǝ bilǝcǝk.
Milli.Az