Yeni albom hazırlıqlarına start verən müğənni Murat Boza iki həmkarından dəstək gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Mustafa Ceceli mart ayında təqdim olunacaq albomda yer alan "Kork Be Allah'tan" mahnısının aranjmanını edib.

Müğənni Ebru Gündeş studiyaya gələrək Muratla birgə duet səsləndirib.

Qeyd edək ki, albomdakı digər mahnıların kimə aid olması isə sirr saxlanılır.

Milli.Az