Samuxda mağaza yanıb

17:07 31 Dekabr 2014
63 Digər
Ölkə mətbuatı
A- A+

[ 31 Dekabr 2014 17:05 ]

Bakı – APA. Dekabrın 31-də Samux rayonunun Əhmədbəyli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan mağazanın yanar konstruksiyaları, mağazanın içərisində olan 500 kq un və 400 kq yem yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğınsöndürənlər tərəfindən mağazanın içərisində olan hər biri 20 litr olan 14 ədəd boş yanacaq çəlləyi və həcmi 200 litr olan yağ çəlləyi təhlükəsiz əraziyə çıxarılıb.

 

Mağazanın qalan hissəsi və bitişik ümumi sahəsi 36 kv.m olan tövlə yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR