Putin Əliyevi təbrik etdi

Putin Əliyevi təbrik etdi
19:01 31 Dekabr 2014
128 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibəti ilə təbrik edib.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, V. Putin təbrikində son vaxtlar Rusiya-Azərbaycan münasibətlərinin inkişafında önəmli uğurların əldə olunduğunu məmnunluqla qeyd edib.

“Fikrimcə, 2015-ci ildə də dövlətlərarası tərəfdaşlıq münasibətləri hər iki ölkənin xalqlarının rifahı, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin təminatının maraqları naminə uğurla inkişaf edəcək”, - deyə Rusiya prezidenti qeyd edib.

Qeyd edək ki, V. Putin digər MDB ölkələrinin liderlərinə, o cümlədən Ukrayna prezidenti Petro Poroşenkoya da Yeni il münasibətilə təbrik ünvanlayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=317345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR