Putindən Obamaya sərt mesaj

Putindən Obamaya sərt mesaj
19:17 31 Dekabr 2014
150 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obamaya Yeni il münasibəti ilə məktub göndərib.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, Putin mesajında dünyanın gələcəyi ilə bağlı Rusiya və ABŞ-ın eyni dərəcədə məsuliyyət daşıdığını, iki ölkə arasında əlaqələrin genişlənməsinin vacib olduğunu deyib.
 
Kremldən verilən açıqlamada bildirilib ki, Putin məktubunda II Dünya Müharibəsi zamanı ABŞ ilə eyni ittifaqda olduğunu xatırladıb:
 
“Putin Obamaya göndərdiyi məktubunda hər iki ölkənin Hitlerə qarşı yaradılan koalisiyada olduğu və bu zəfərin gələn il 70 illiyinin keçiriləcəyini bildirib”.
 
Putin həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və digər dünya liderlərinə də Yeni il təbriki ünvanlayıb.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/55029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR