MEC Design-lı Mercedes - FOTO

MEC Design-lı Mercedes - FOTO
20:32 31 Dekabr 2014
197 Digər
Ölkə mətbuatı
A- A+

MEC Design emalatxanası tüninq ustaları özlərinin Finlandiyadan olan bir müştəriləri üçün işlədikləri son layihələrindən birini nümayiş etdiriblər. Bu Mercedes SLS AMG Roadster modelinin xeyli dərəcədə yaxşılaşdırılmış variantıdır.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, “yaxşılaşdırılmış” sözünü Mercedes SLS AMG Roadster üçün işlətmək çox da düzgün deyil, belə ki, bu modelin standart versiyasının özü də möhtəşəm bir avtomobildir, lakin tünerlər onu daha da cəlbedici etməyə çalışıblar. Rodster tərkibinə işıqdiod işıqları inteqrasiya edilmiş yenilənmiş ön bamper, yan ətəklər, arxa bamper, karbon ön spoyler, yan güzgülərin yenə də karbondan hazırlanmış şapkaları, arxa spoyler və Black Series üslubunda diffuzor daxil olan asma əldə edib. Eksteryeri karbon tərtibatlı xaricetmə boruları tamamlayır. Salonda çoxsaylı karbon taxmalar və həmçinin sükanın alkantara ilə işlənməsi diqqət çəkir.
 
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/avto/316769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR