Neftin ucuzlaşması yenə rekord vurdu

Neftin ucuzlaşması yenə rekord vurdu
22:56 31 Dekabr 2014
97 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında neftin 1 barrelinin qiyməti bu gün 56 dollardan aşağı düşüb. İlin əvvəlindən bəri "qara qızıl"ın ucuzlaşması 2008-ci ildəki prosesləri xatırladır.

İlin son günündə Brent markalı neftin 1 barreli 55,81 dollardan satılıb. Bu isə 2009-cu ilin may ayından bəri ən aşağı səviyyədir.

WTI (Light Sweet Crude Oil) neftinin 1 barreli isə srağagünlə müqayisədə 1,19 dollar ucuzlaşaraq 52,93 dollara düşüb.

Xam neftin ucuzlaşmasının davam etməsinin səbəbi ABŞ-da şist nefti hasilatının yaratdığı təklif və tələbat strukturundakı zəifləmədir. Son vaxtlar Birləşmiş Ştatlarda şist laylarından neft və qaz hasilatı artıb.

Neftin ucuzlaşmasına təsir edən digər fundamental amil dekabrda Çində son 7 ayda ilk dəfə olaraq fabrik-zavod istehsalının həcminin aşağı düşməsidir. Çindəki istehsalat səviyyəsi neft kotirovkalarına təsir edən ən ciddi amillərdən biridir.

Çin neft və qaz istehlakına görə dünyada 2-ci yeri tutur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=317356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR