Öcalanın yaxın adamı öldü

Öcalanın yaxın adamı öldü
23:11 31 Dekabr 2014
107 Dünya
Ölkə mətbuatı
A- A+

PKK lideri Abdullah Öcalanın çağırışı ilə Türkiyəyə gələn və 2010-cü ildə 14 il həbs cəzası verilən 62 yaşlı Lütfü Taş həbsxanada ölüb.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Lütfü Taş Diyarbakır D Tipi Qapalı Həbsxanasında keçirdiyi infarkt nəticəsində dünyasını dəyişib.

Onun cəsədi İstanbulda yaşayan ailəsinə göndərilib. .

Türkiyə səlahiyyətlilərinin verdiyi açıqlamada isə deyilir ki, Lütfü Taş xəstəxanaya çatdırılsa da ionun həyatını xilas etmək mümkün olmayıb.

Lütfü Taş Öcalan həbsə alınana qədər PKK terror təşkilatında əsas söz sahiblərindən biri olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317357

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR