Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması siyahıda 112-ci yerdə qərarlaşıb.
Xal hesabını 296-dan 300-ə çatdıran Robert Prosineçkinin yetirmələri heç bir rəsmi matça çıxmadan 4 pillə irəliləyiblər.
Yığmamızın irəliləməsinin səbəblərindən biri Çadın 14, Fələstinin 7 pillə geriləməsidir. Komandamızın 4 xal qazanması sayəsində 1 addım irəliləyən Aruba ilə Türkmənistanı keçmək üçün də yetərli olub.
Millimiz və "qonşuları"
107 (105). Liviya - 319
108 (109). Niger - 312
109 (111). Anqola - 306
110 (112). Mərkəzi Afrika Respublikası - 302
110 (108). Nikaraqua - 302
112 (116). AZƏRBAYCAN - 300
113 (114). Aruba - 298
113 (114). Türkmənistan - 298
115 (117). Syerra-Leone - 297
116 (123). Ermənistan - 296
117 (110). Fələstin - 290
Dünyanın ən güclü 10 komandasının mövqeyində heç bir dəyişiklik olmayıb. Planetin nəhəngləri xal hesablarını dəyişsələr də, öz yerlərində qalıblar.
İlk "onluq"
1 (1). Belçika - 1506
2 (2). Argentina - 1457
3 (3). İspaniya - 1374
4 (4). Almaniya - 1355
5 (5). Çili - 1307
6 (6). Braziliya - 1254
7 (7). Portuqaliya - 1234
8 (8). Kolumbiya - 1215
9 (9). İngiltərə - 1112
10 (10). Avstriya - 1095
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya, Çexiya və San-Marinonun yeri dəyişməz qalıb. Şimali İrlandiya 1 pillə irəliləyibsə, Norveç mövqeyini əldən verib, 1 addım geriləyib.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
4 (4). Almaniya - 1355
25 (25). Çexiya - 861
28 (29). Şimali İrlandiya - 833
51 (50). Norveç - 594
198 (198). San-Marino - 28
Martın 26-da millimizlə yoxlama oyunu keçirəcək Qazaxıstan isə 6 pilləlik sıçrayışa nail olub. Hesabını 10 xal artırıb, 276-ya çatdıran rəqibimiz 125-ci yerə qalxıb.
Qeyd edək ki, qonşu Türkiyə yığması 943 xalla siyahıda 20-ci yerdə qərarlaşıb.
Milli.Az