Bu gün türk musiqisinin önəmli simalarından biri Müslüm Gürsesin ölümündən 3 il keçir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçilərin çoxu "Müslüm baba"nın ölüm gününü unudaraq onu xatırlamayaıblar. Hətta sənətçinin Şanlıurfadakı ev muzeyinə heç kim getməyib.
Bu arada isə müğənni Ebru Gündeş bir çox həmkarından fərqli olaraq mərhum ifaçının fotosunu paylaşaraq "Böyük ustadı sevgi və hörmətlə yad edirik" qeydini yazıb
Qeyd edək ki, M.Gürses 2013-cü il martın 3-də, əməliyyatdan sonra ağciyər və ürək çatışmazlığı səbəbi ilə 4 ay yatdığı xəstəxanada, 60 yaşında vəfat edib.