Əkiz bacılar olan Sevil və Sevincə bir serialda baş rolu canlandırmaq təklif olunub.

Milli.Az bildirir ki, bu haqda musavat.com saytına açıqlama verən əkiz bacılardan Sevinc deyib: "Bu yaxınlarda prodüserimiz Tolik dedi ki, bizə serialda oynamaq təklif edilib. Hətta Tolik gedib ssenari ilə maraqlandı, bizə canfəşanlıqla anlatdı. Sonra vaxt azlığından alınmadı. Hər gün verilişdə efirə çıxırıq, Novruz çəkilişlərinə gedirik. Ssenari çox maraqlı idi. İstəyirdim ki, çəkilək. Əkiz bacıları oynayacaqdıq, biri itkin düşmüşdü, onun öldüyünü düşünürdülər. İkincisi isə ailəsinin yanında yaşayırdı. Bizim aktrisalıq qabiliyyətimiz var, bunu kliplərimizdə də nümayiş etdiririk".

Bacılardan Sevil isə yeni yaradıcılıq işlərindən danışıb: "Atamız vaxtsız rəhmətə getdi. Onun yoxluğuna öyrəşə bilmirik. O, meyxananı çox sevirdi. Ona görə də meyxana ustadları ilə duet ifa etmək istəyirik. Həm də dinləyicilər meyxana janrını çox sevirlər. O vaxtlar Namiq Qaraçuxurlu-Aygün Kazımova, Namiq Qaraçuxurlu-Könül Kərimova, Aygün Kazımova-Üzeyir Mehdizadə birlikdə oxuyublar. Biz də meyxana ustadlarının ən azından biri ilə işbirliyi qurmaq istəyirik".

Bacılar müəyyən yaşdan sonra ailə qurub, sənətdən uzaqlaşmaq istədiklərini də dilə gətiriblər: "Müəyyən yaşdan sonra ailə qurub, evdar qadın olacağıq. Bəlkə də, kiçik biznes qurarıq. Təbii ki, biznes-ledi olmaq istəyərik, amma bu ad çox böyükdür. Bizdə kiçik butik açan, Türkiyədən mal gətirib, evində satan da özünə biznes-ledi deyir. Heç vaxt aparıcı və müğənni olmaq arzusunda olmamışıq. Ailə qurandan sonra bu sənət bizə lazım deyil".

Əkizlər keçirilən musiqi müsabiqələrindən də söhbət açıblar: "Biz sənətə gələndə birdən uğur qazanmadıq. "O Səs Türkiyə"dən sonra ulduzumuz parladı. Bizdən sonra o müsabiqəyə axın oldu və uşaqlar böyük ümidlərlə oraya üz tutdular. Hər kəsə uğurlar arzulayıram. Biz "Yeni ulduz"da iştirak edəndə çox istedadlı uşaqlar vardı. İndi onlar bu sferada yoxdurlar, onların qol-qanadı qırıldı. Əllərində olan pulu şou-biznesə xərcləsələr də, məşhurlaşa bilmirlər. Onlar bir layihəni axıra qədər etsinlər. Hər kəs bizim qədər şanslı olmur. İstəyirik ki, bu sahə ilə məşğul olan şirkətlər açılsın".

Milli.Az

Əkiz bacılar şou-biznesdən gedirlər: "Evdar qadın olacağıq" - FOTO
Əkiz bacılar şou-biznesdən gedirlər: "Evdar qadın olacağıq" - FOTO
Əkiz bacılar şou-biznesdən gedirlər: "Evdar qadın olacağıq" - FOTO
Əkiz bacılar şou-biznesdən gedirlər: "Evdar qadın olacağıq" - FOTO