A–
Bakı, 5 mart, Nihad Budaqov, AZƏRTAC
“Moody's” beynəlxalq reytinq agentliyi Rusiya və Səudiyyə Ərəbistanı başda olmaqla 10-dan çox neft hasilatçısı ölkənin kredit reytinqini nəzarətə götürüb.
AZƏRTAC xəbər verir ki, qurumun bu addımı atmasına səbəb neftin qiymətindəki ucuzlaşmanın bu ölkələrin iqtisadiyyatına göstərdiyi mənfi təsirdir. Nigeriya, Anqola, Trinidad və Tobaqo, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər də “Moody's”in həmin siyahısında yer alıb.
Agentlik, həmçinin neft hasilatçısı və ixracatçısı Norveçin kredit reytinqini “AAA” səviyyəsində təsdiq edib.
AZERTAG.AZ :“Moody's” 10-dan çox neft hasilatçısı ölkənin kredit reytinqini nəzarətdə saxlayır