İlin ilk günündə 2 zəlzələ

İlin ilk günündə 2 zəlzələ
12:56 1 Yanvar 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ilin ilk günündə Azərbaycanda ardıcıl olaraq iki zəlzələ baş verib.

ANS PRESS-in Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün Xəzər dənizində iki zəlzələ hadisəsi qeydə alınıb.

Birinci zəlzələ saat 05.34-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 55 km olub.

İkinci zəlzələ isə saat 06.49-da Altıağacdan 56 km şərqdə - Xəzər dənizində qeydə alınıb. Bu zəlzələnin də maqnitudası 3.0 olub, lakin 58 km dərinlikdə baş verib.

Hər iki yeraltı təkan hiss olunmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=317372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR