Sankt-Peterburq şəhərinin Admiralteysk rayonunda 2 Anqola vətəndaşı qarət olunub.
Milli.Az modern.az-a istinadən bildirir ki, martın 6-da 38 və 36 yaşlı 2 Anqola vətəndaşı evlərinin kandarında hücuma məruz qalıblar.
İçkili halda olan afrikalılar soyularaq fizki şiddətə məruz qalıblar. Hazırda onlar xəstəxanada müalicə alır.
Afrikalılara hücum edən şəxslərdən birinin əvvəllər soyğunçulq maddəsi ilə məhkumluq həyatı yaşamış 42 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilir. Hazırda polis onu axtarır.
Milli.Az