Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşı olan taksi sürücüsü iki Anqola vətəndaşını döyüb. Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, gecə klubundan çıxan anqolalılar azərbaycanlının idarə etdiyi taksiyə miniblər. Həddən artıq sərxoş olan afrikalılar yolboyu həmyerlimizlə mübahisə ediblər. Sonucda mübahisə davaya çevrilib. Taksi sürücüsü anqolalılar maşınından düşüərək döyüb və hadisə yerindən uzaqlaşıb.
Hadisə yerinə gələn polis afrikalıları xəstəxanaya çatdırıb. Hazırda taksi sürücüsünün axtarışı gedir. Yol polisindən verilən məlumata görə, sürücü Azərbaycan vətəndaşıdır və uzun illərdir Peterburqda taksi fəaliyyəti ilə məşğuldur.