Putin ilə sərt qadağa ilə başladı

Putin ilə sərt qadağa ilə başladı
13:17 1 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın dövlət orqanlarının istifadə etdiyi informasiya sistemlərinə aid texniki vasitələrin xaricdəki serverlərdə yerləşdirilməsi 2015-ci il, iyulun 1-dən etibarən qadağan edilir.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu qadağaları rəsmiləşdirən müvafiq qanun Rusiya prezidenti Vladimir Putin tərəfindən dekabrın 31-də imzalanıb. Həmin sənəd “İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması haqqında” Rusiya Federasiyası qanununun bir sıra maddələrinə dəyişikliklər edilməsini nəzərdə tutur.
 
“Dövlət orqanları, yerli özünüidarə orqanları, unitary dövlət və bələdiyyə müəssisələri, dövlət və bələdiyyə qurumları tərəfindən istifadə olunan informasiya sistemlərinin bütün texniki vasitələri yalnız Rusiya Federasiyasının ərazisində yerləşdirilməlidir” - deyə dekabrın 31-də rəsmi mənbələrdə dərc edilmiş sənəddə bildirilir.
 
Qanunun bu tələbini pozanlar sərt şəkildə cəzalandırılacaq.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/54657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR