Çinin Şanxay şəhərindəki Vaytan bulvarında Yeni İl gecəsi yaranmış basabasda ən azı 35 nəfər həlak olub.
Milli.Az ShanghaiDaily-yə istinadən bildirir ki, 40 nəfər yaralanıb. Basabasaın səbəbləri müəyyənləşdirilir. Polisdən verilən məlumata görə, basabasın Huanpu çayının sahilindəki Çen İ meydanına kütlənin axın etməsi zamanı yarandığı güman edilir.
2013-cü ildə bulvardakı şouya 300 min nəfər yığışmışdı və bu, nəqliyyat kollapsı yaratmışdı. Bu səbəbdən də meqapolisin rəhbərliyi kütlənin sayının azaltmaq üçün bu dəfə tədbiri Çen İ meydanında təşkil etmişdi.
Milli.Az