Bakıda mənzildən qızıl-zinət əşyaları oğurlanıb - FOTO

Bakıda mənzildən qızıl-zinət əşyaları oğurlanıb - FOTO
06:22 18 Fevral 2015
409 Digər
Ölkə mətbuatı
A- A+

[ 18 Fevral 2015 05:58 ]

Bakı. Mahir Məmmədli-APA. Bakıda mənzildən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonunun "28 May" qəsəbəsində Şirəliyevlər ailəsinə məxsus evdə baş verib. Oğurluq zamanı ev sahibləri toyda olublar. Gecə saatlarında toydan qayıdan ailə üzvləri evə oğru girdiyini müəyyən ediblər. Ev sahibi Şirəliyev Şirbala Qurban oğlunun APA-ya verdiyi məlumata görə, evdən təxminən 3000 manat dəyərində qızıl-zinət əşyaları, mobil telefon, 100 manat pul və qarajdakı avtomobilin sənədləri oğurlanıb.

 

Oğurluq faktı ilə bağlı ərazi üzrə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə məlumat verilib. Evə baxış keçirən polis əməkdaşları müəyyən barmaq izləri və nümunələr götürüblər.

 

Evə soxulan şəxs və ya şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR