Dünya futbolunun canlı əfsanəsi, Braziliya yığmasının heyətində 3 dəfə dünya çempionu olmuş Pele 2 min şəxsi əşyasını, habelə mükafatlarını və medallarını satışa çıxarıb.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, satışa çıxarılmış əşyalar arasında 3 mundialın qızıl medalları, habelə əvvəllər dünya çempionatlarında qalib komandaya verilən Jül Rime kubokunun surəti var. 1970-ci ildə Braziliya yığması üçüncü dəfə çempion titulunu qazananda Jül Rime kuboku komandaya əbədi saxlanmaq üçün verilmişdi. Kubokun orijinalını 1983-cü ildə oğurlayıblar.
Satılan əşyaların arasında Pelenin yeniyetməlik illərində qatlanmış corablardan hazırladığı top da var.
"Azarkeşlərə və kolleksionerlərə həyat tariximin bir hissəsini əldə etmək şansı vermək qərarına gəldim. Ümid edirəm ki, onlar bu əşyaların qədrini biləcəklər", - Pele deyib.
75 yaşlı "futbol kralı"nın dediyinə görə, satışdan əldə ediləcək pulların bir qismi Braziliyanın Kuritiba şəhərindəki uşaq xəstəxanasına veriləcək.
Jül Rime kubokunun surətinin 1 milyon dollara, 3 dünya çempionu medallarının hər birinin 200 min dollara, Pelenin 1000-ci qolunu vurduğu topun isə 60 min dollara satılacağı gözlənilir.
Hərrac iyunun 7-dən 9-dək Londonda keçiriləcək.

Milli.Az

Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO
Pele əşyalarını satır - FOTO