Türkiyəli müğənni Ebru Gündeşlə cənubi azərbaycanlı həyat yoldaşı Rza Zərrabın boşanma xəbəri yenidən gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Ebrunun vəkili Şeyda Yıldırım "Renkli sayfalar" verilişinə zəng edərək məsələyə aydınlıq gətirib:

"Evliyik, xoşbəxtik" kimi bir açıqlama vermək çox qəribədir. Amma cəmiyyət bizi buna məcbur edir. Bir məqalədə "mənə bununla bağlı tapşırıq verildiyi" yazılmışdı. Mən də vəkil olaraq yazını yazana zəng vurdum. Mənə: "Bizim mənbəmiz çox güclüdür", - deyə cavab verdi. İnsanlar xoşbəxtdirlər, evlərində və işlərinin başındadırlar. Kim və niyə dayanmadan bu xəbəri gündəmə gətirir bilmirik. Belə bir hal yoxdur. Bu günə qədər boşanmaları ilə bağlı yayımlanan bütün xəbərlər yalandır".

Milli.Az