Fil Dişi Sahilində Qran-Basam şəhərində turistlərə silahlı hücum nəticəsində 12 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə Al Arabiya telekanalı məlumat verib.

Bildirilir ki, ölənlərdən 4-ü Avropa ölkələri vətəndaşlarıdır. “Etoile du Sud” hotelinın yaxınlığında yerləşən çimərlikdə törədilən hücumda 10-dan çox silalı iştirak edib. Son məlumata əsasən, onlardan 6-ı təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.

Hadisəyə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.