Türkiyəli müğənni Ebru Gündeş Batumi Türk Sənayeçi və İş Adamları Dərnəyinin Bakıda təşkil etdiyi xüsusi gecəyə qatılıb.

Axşam.az “Milliyet”ə istinadən xəbər verir ki, iki saat yarımlıq konsert proqramı ilə çıxış edən sənətçi dinləyicilərinə maraqlı gecə yaşadıb. Azərbaycanlı fanatlarının sürprizi Ebrunu duyğulandırıb.

Üzərində “Türk musiqisinin yaşayan əfsanəsi” yazılmış mükafat lövhəsi alan E.Gündeş bundan çox təsirlənib. O, “Məni utandırdınız və qürur verdiniz. Hər zaman bu tərif və alqışlarınıza layiq olmağa çalışacağam”, - deyə hisslərini ifadə edib.