Çernoqoriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Nazim Süleymanovun başçılıq etdiyi komanda Çernoqoriyanın U-19 yığması ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin iki gün öncə bu rəqibə 3:2 hesabı ilə qalib gəlmişdi.

Fanat.az