Tovuzda 103 illik su quyusu - VİDEO - FOTO

Tovuzda 103 illik su quyusu - VİDEO - FOTO
20:22 17 Mart 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Vaxtilə insanların suya olan tələbatını ödəmək üçün xeyriyyəçi insanların təşəbbüsünə ehtiyac vardı. Quyu, kəhrizlərin inşa etdirilməsi kimi... Tovuzdakı belə quyulardan birinin tarixi, eləcə də mövcud vəziyyəti araşdırılıb.

Tikmədim özüm qalam, tikdim ki, izim qala... Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Bu fikirləri Tovuzun Yuxarı Öysüzlü kənd sakini xeyriyyəçi Məşədi Əhmədin 1912-ci ildə Ağdağ ərazisində inşa etdirdiyi su quyusuna şamil etmək olar.

Vaxtilə bu yerlər yaylaq, əkin sahələri idi. 14 metr dərinliyi olan quyunun suyu müalicəvi əhəmiyyətlidir. Çox təəssüf ki, heyvandarlıqla məşğul olan insanlar quyunun suyundan yararlansalar da, təmizliyinə nəzarət etmirlər. Lakin ötən əsrin yadigarına biganə qalmayanlar da az deyil.

Unutmayaq ki, bu torpağın hər daşı hər qayası bir tarixdir. Bizə isə qalır bu tarixi qoruyub,yaşatmaq. 

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/417543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR