“GQ” jurnalının budəfəki sayının qonağı 40 yaşlı keçmiş futbolçu Devid Bekhem olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dizayner Viktoriya Bekhemlə nikahından 4 uşağı olan Devid müsahibəsində xoşbəxt ata olduğunu və onlardan ayrı qala bilmədiyini deyib:

“Mən, sözün həqiqi mənasında, uşaqlarımla ayrılmaq lazım gələndə xəstələnirəm”.

D.Bekhem futbol üçün çox darıxdığını da etiraf edib: “Futboldan ötrü hər gün darıxıram. Hər zaman düşünürəm ki, yenidən meydançalara qayıda və oynaya bilərəm. Məsələn, bütöv bir ili ABŞ-da oynaya bilərəm. Los-Ancelesdə yaşasaydım, karyeramı bir il də uzadardım. Ancaq mən Londonda yaşayıram, çünki uşaqlarım burada xoşbəxtdirlər...”.

Qeyd edək ki, Devidlə Viktoriyanın Bruklin, Romeo, Kruz adlı 3 oğlu, Harper adlı 1 qızı var.

"Uşaqlarımdan ayrı qalanda xəstələnirəm"

"Uşaqlarımdan ayrı qalanda xəstələnirəm"