Cavid İmamverdiyev: "Ayrılmaq istəmirəm"

Cavid İmamverdiyev: "Ayrılmaq istəmirəm"
23:47 1 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyənin “Elazığspor” klubunun azərbaycanlı yarımmüdafiəçisi Cavid İmamverdiyev bir müddət əvvəl komandadan ayrılmaq istəməsinin səbəblərini izah edib.
 
Milli.Az qol.az-a istinadən bildirir ki, milli komandamızın üzvü Türkiyə mətbuatına açıqlamasında atasının səhətində problem olduğu üçün müəyyən müddətə Azərbaycanda qalmalı olduğunu bildirib:
 
”Elasığspor”u və onun azarkeşlərini çox sevirəm. Ancaq çətin günlərində atamın yanında olmalıydım. Baş məşqçimiz Ümit Özatla görüşdüm və ona bildirdim ki, ailəm Elazığda qala bilmir. Çünki heç vaxt vətəndən qıraqda yaşamayıblar. Üstəlik atam xəstə olduğu üçün Bakıya qayıtmalı idik. “Elazığspor”da ayrılmaq istəmirəm. Problemləri yoluna qoyub komandamda qalacam. Klub prezidentimiz Səlcuk Öztürkün qərarını gözləyirəm. O, necə isətəsə, elə də olacaq”.
 
C. İmamverdiyevin Elazığa gəldiyini və komanda ilə məşqlərə başladığını deyən klubun idman direktoru Mehmet Kaplan isə futbolçunu komandada saxlamaq istədiklərini bildirib: “Əlin gələni edirik ki, Cavidin ailəsini Türkiyəyə gəlmələri üçün razı salaq. Onun kimi istedadlı futbolçunun komandamızda olmağından məmnunuq”.
 
Qeyd edək ki, C.İmamverdiyev "Elazığspor"da icarə əsasında çıxış edir. O, müqavilə ilə "Netçi" klubuna məxsusdur.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/53667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR