Putin 15 illik hakimiyyətdən reallıq hissini itirib?

Putin 15 illik hakimiyyətdən reallıq hissini itirib?
00:05 2 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

1999-ci ildə Yeni il bayramı ərəfəsi idi.
 
Rusların yeni minilliyin sübhünü açmağa hazırlaşdlıqları bir vaxtda, onların prezidenti bir sürpriz elan etməyə hazırlaşırdı.
“Mən bu uzun və çətin vəzifəmi başa çatdırdım” – deyə Boris Yeltsin televiziya çıxışında elan edirdi, - bu gün, başa çatmaqda olan əsrin son günündə mən istefa verirəm”.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Boris Yelstsin onu bu vəzifədə əvəz edəcək şəxs kimi baş nazir Vladimir Putini seçmişdi.
Kremli tərk edərkən, Yeltsin Putinə demişdi: “Rusiyadan müğayət ol”.
 
Oldumu?
 
"Yeltsin gərək ona deyəydi: "Mənim zir-zibilmi yığışdır" – deyir Rusiyanın veteran televiziya aparıcılarından Vladimir Pozner, - Rusiya, Yeltsin gedəndə viran qalmışdı. Və müəyyən mənada Putin bu zir-zibili yığışdırdı. Yerli qubernatorlar daha istədiklərini edə bildikləri feodal mülklərinə sahib deyildilər. Hərəkət daha çox sabitliyə, adamlara sabah da iş sahibi olacaqlarına ümid verilməsinə doğru idi".
 
Stabillik və zənginlik
 
1990-cı illərin xaosundan sonra keçmiş DTK zabiti Putin sadəcə olaraq xoş stabillik gərtirməklə kifayətlənmədi. O həm də müəyyən firavanlıq gətirdi.
"Bir yerdə çalışdığımız dörd il islahatlar dövrü idi" – deyir keçmiş baş nazir Mixail Kasyanov, - 2000 və 2004-cü illər arasında biz Rusiyanı böhrandan davamlı artıma çıxartdıq: ÜDM-in illik artım dərəcəsi 6-7 faiz oldu. Adamların maaşları ildə 15 faiz artırdı. İndi, xüsusilə də böyük şəhərlərdə adamlar daha varlıdırlar. Lakin bütün bunlar cənab Putinə görə deyildi. Camaatı neft qiymətləri xilas eləmişdi".
 
Prezidentliyinin birinci müddətində Vladimir Putin Qərblə yaxın əlaqələrə can atırdı.
 
2000-ci ildə BBC-yə verdiyi müsahibəsində o, hətta Rusiyanın NATO-ya qoşula biləcəyini də istisna etməmişdi.
Lakin illər keçdikcə, Kreml lideri Qərb "partnyorlarından", xüsusilə də ABŞ-dan artmaqda olan məyusluq hissi keçirməyə başladı.
Putin, özünün təbiri ilə deyilsə, Qərbin Rusiyanı zəiflətmək, onu öz "nüfuz dairəsinə" çəkmək cəhdindən narazı idi.
 
O, ABŞ Dövlət Departamentini 2011-2012-ci illərdə Moskvanı bürümüş anti-hökumət küçə etirazlarını maliyyələşdirməkdə ittiham edirdi.
Həmin etirazlar Vladimir Putinin üzərində silinməz izlər buraxdı. O özünü xəyanətə məruz qalan şəxs kimi hiss edirdi.
 
"Putin orta siniflə sövdələşməyə gəlmişdi: onların loyallığı müqabilində, onların şəxsi azadlıqları" – deyir Rusiya yazıçısı Viktor Yerofeyev, - Və birdən bu adamlar onun əleyhinə çıxdılar. Lap uşaqlar valideynlərinin üzünə qayıdan kimi. O təhqir olunmuşdu".
 
"Qərb də onu alçaltmışdı – deyir yazıçı, - Çünki o, həmin bu uşaqların hərəkətlərini alqışlayırdı. Putin hiddətlənmişdi. Və bu yanaşmadan o, Qərbin Ukraynanı "götürmək" istədiyini görəndə, "yox" dedi. Bunun ardınca gələn isə tufan idi. Yağış yox, qan yağışı gətirən tufan".
 
Sanksiyalar sancır
 
Bu həm də iqtisadi tufan idi. Qərb sanksiyaları Rusiyanı böhran uçurumunun kənarına itələməkdə kömək edirdi. Bu sanksiyalar Krımın ilhaqı və Ukraynanın şərqində Rusiyanın müdaxiləsinə görə birbaşa Putinə qarşı qoyulmuşdu.
 
Bu ay Moskva qəzetlərindən biri yazırdı ki, son hadisələr Vladimir Putinin "hər şeyə qüdtrəti çatan möcüzəkar" imicinə zərər vurub.
Əgər prezident Putin "möcüzəkar" qüdrətini itiribsə, bu, onun reallıq hissini itirdiyinə görədirmi?
"15 illik müddətdən sonra bu belə də olmalıydı – deyir Vladimir Pozner, - Əgər sən çarsansa, çar doğulmusansa, reallıq hissini itirməyə bilərsən. Lakin əgər sən heçdən gəlibsənsə, və Putin müəyyən mənada heçdən gəlib, uğurlu prezident olubsansa və ətrafındakı yaltaqlar sənə “dahisən” deyirlərsə, reallıq hissini necə itirməyəsən?"
 
Hazırkı Konstitusiyaya görə Vladimir Putin 2018-ci ildə yenidən prezidentliyə namizədliyini verə və 2024-cü ilədək hakimiyyətdə qala bilər. Bu istisna edilmir.
 
Rusiyada populyar
 
Rusiyanın problemlərinə baxmayaraq o, populyar olaraq qalır. Onun populyarlıq reytinqi 85 faizdir. Qərb liderlərinin əksəriyyəti belə göstəriciyə qibtə edə bilər.
Lakin belə kəllə-çarxa çatmış uğurları böhran zamanı qoruyub saxlamaq çətin olacaq.
 
"Əgər həqiqətən də iqtisadi fəlakət baş verərsə, bunun təqsirini Putində görəcəklər – deyir Vladimir Pozner, - və o qəhrəmandan heç kimə çevriləcək".
 
Həm də bu iflas qəfil ola bilər: "Rusiya tarixindən bildiyimizə əsasən deyə bilərik ki, dəyişikliklər üsyan və ya inqilab vasitəsilə yox, bir növ Kreml və onun ətrafında qəsdlər vasitəsilə gələcək – söyləyir Viktor Yerofeyev - Bu qəsd liderin ölümü, zəif səhhəti və ya iqtisadiyyatda dəhşətli iflasla bağlı olacaq".
Yerofeyev inanır ki, Vladimir Putin üçün siyasətlərini və ya öz şəxsiyyətini dəyişmək artıq gecdir.
 
"Düşünmürəm ki, o, Krımın ilhaqından və Ukraynadakı qanlı müharibədən sonra dəyişə bilər. Onun dəyişməsi qeyri-mümkündür – deyir o, - Ona heç kim inanmaz: Nə Moskvadakı orta sinif, nə də ki Qərb… Bəlkə heç özü də".
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/53657.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR