Məşhurların əksəriyyəti idmanı sevir. Bəlkə onlardan hansısa sizin azarkeşlik etdiyiniz komandanın vurğunudur? Birdən Adriano Çelentano, yaxud da Xulio İqlesias sevimli klubunuza azarkeşlik edər?
Deniel Kreyq

Ceyms Bond da futbolu sevir. Onun sevimli klubunun İngiltərə "Liverpul"u olduğunu az adam bilir. Deniel Liverpulda böyüyüb və "qırmızıların" sadiq azarkeşi kimi qalmaqdadır. Kreyqin ailəsi yaşayış yerlərini tez-tez dəyişir: gah Liverpulda, gah da onun ətrafındakı yerlərdə yaşayırdılar. Lakin Deniel harada yaşamasından asılı olmayaraq həmin vaxtlarda qızıl dövrlərini yaşayan sevimli "Liverpul"unun ev matçlarını buraxmamağa çalışırdı. Sevimli oyunçularının Kevin Kiqan və Stiven Cerrard olduğunu söyləyir.
Bred Pitt və Ancelina Coli

Onların ailəsində futbolda üstünlük planı baxımından nizamsızlıq var. Bred Pitt "Mançester Yunayted"ə (Robbi Uilyams, Orlando və Castin Timberleyk kimi) azarkeşlik edir, Ancelina isə bu sevgini bölüşmür. Aktrisa "Liverpul"un matçına tez-tez baş çəkir. "Liverpul"a daha bir məşhur "Bond" azarkeşlik edir - söhbət Şon Konneridən gedir.
Emma Uoston

Harri Potterlə bağlı filmdə Qermion Qreyndcer rolunun ifaçısı "Çelsi" - "Mançester Siti" matçında "zadəganlar"ın sahibi Roman Abramoviç və onun rəfiqəsi Dari Cukovanın kampaniyasında nəzərə çarpır. Maraqlıdır ki, "Çelsi" həmin görüşdə 0:1 hesabı ilə məğlub olur.
Şarliz Teron

London "Çelsi"sinin daha bir fanatı. Futbol matçının fasiləsində aktrisaya üzərində ad yazılmış futbolka verilir. Bill Klinton (ABŞ sabiq prezidentinin qızı Çelsinin adını daşıyır-red.), Deyv Qahan (Depeche Mode), Met Ceymon da londonluların azarkeşləridir.
Kraliça Yelizaveta

İngiltərənin ən məşhur futbol fanatı Yelizavetadır. Böyük Britaniyanın kraliçası London "Arsenal"ına görə həyəcan keçirir. 2007-ci ildə isə futbolçular və klubun məşqçi heyəti Bukinhem sarayında onun qəbuluna dəvət edilib.
Silvester Stallone

"Rokki" isə "Everton"a azarkeşlik edir, bunu eşitmişdiniz? Gördüyünüz kimi, "Everton" İngiltərənin sərhəddindən kənarda da məşhurdur. "İriski" isə Pola Makkartni tərəfindən dəstəklənir.
Tom Henks

Məşhur aktyor da İngiltərə komandasının azarkeşidir - bu, "Aston Villa"dır. Bu ingilis klubu eləcə də şahzadə Uilyams, Ozzi Osborn və bir çox digər şəxsiyyətlər tərəfindən dəstəklənir.
Kira Naytli

Kira Naytli "çəkicdöyənlər"ə azarkeşlik edir. Onun adı isə bir çox məşhur azarkeşlər və klub oyunçuları ilə bərabər "Vest Hem"in şərəf zalında yerləşir. Kiranın dediyinə görə, aktrisa uşaqlıqdan london "Vest Hem"inin azarkeşidir. Çəkilişlərin sıx qrafiki imkan verən kimi sevimli klubunun matçına baxmağa çalışır.
Mixail Qorbaçov

Keçmiş SSRİ-nin keçmiş başçısı heç vaxt idmana olan sevgisini nümayiş etdirməyib. Lakin sonra məlum olub ki, Qorbaçov təkcə "Formula-1"lə deyil, həm də futbolla maraqlanır. Sovet İttifaqının ilk və sonuncu prezidenti Turin "Yuventus"una azarkeşlik edir. 2009-cu ilin martında isə Mixail Qorbaçov "Qoca sinyora"nın məşq prosesində görünmüşdü.
Eros Ramazotti

"Yuventus"un daha bir azarkeşi! İtaliyalı müğənni və bəstəkar uşaqlıqdan "Zebr"ə azarkeşlik edir. Və belə söyləyir: “"Yuventus"a olan sevgi mənə irsən ötürülüb - həm atam, həm də dayım qara-ağlara azarkeşlik edirdi. Düzünü deyəcəm, uşaqlıqda hərdən, xüsusilə də "Yuventus" evdə, Romada "Roma"ya, yaxud da "Latsio"ya qulaqburması verəndə dostlarım tərəfindən tənbeh edilirdim. Xatırlayıram, 1981-ci ilin mayında "Roma" ilə matçda santimetrlik ofsayda görə romalıların qolu hesaba alınmadı və yekunda oyun heç-heçə başa çatdı. Bir həftə burnumu evdən çölə çıxara bilmədim, bütöv dəstə ilə məni güdürdülər, qisas almaq niyyətində idilər. Lakin bütün bunlar sevgimi öldürmədi, əksinə, kluba olan sevgimi daha da möhkəmləndirdi".
Adriano Çelentano

Çelentano mahnı yazılışları arasında sevimli klubu "İnter"ə azarkeşlik etmək üçün həmişə vaxt tapır. 2008-ci ildə klubla yüzilliyini qeyd etdiyi gün Çelentano "İnter"in stadionunda "İl ragazzo della via Gluck" mahnısını oxuyur. Massimo Moratti - futbol klubunun prezidenti qeyd edir ki, "Çelentano ilə oxumaq eynilə Pele ilə futbol oynamaq kimi bir şeydir. Sadəcə fantastikadır!"
Sofi Loren

2008-ci ildə italiyalı aktrisa Sofi Loren bəyan etdi ki, əgər sevimli futbol klubu "Napoli" A seriyasına çıxsa, onda bu uğuru striptizlə qeyd edəcək. Rəqs etməsə də (Sofinin özü bunun təxribat olduğunu söylədi-red.) bunun müqabilində "Napoli"nin məşhur azarkeşi var.
Toto Kutunyo

İtaliyalı müğənni Toto Kutunyo "Milan"nın sadiq azarkeşi və "rossonyerlər"in prezidenti Silvio Berluskoninin yaxşı dostudur. "Serenata" mahnısındakı "Per i vecchi artisti e i camerieri" sətirini tez-tez "Forza Milan, Forza Rossoneri" kimi ifa edir.
Adolf Hitler

Belə alınır ki, "Şalke"nin qızıl dövrü Almaniyada faşist rejiminin tərəqqi dövrünə təsadüf edir. Bununla əlaqədar olaraq hökumət nümayəndələrinin "Şalke"yə meyl göstərməsində klub tez-tez ittiham olunur və hətta helzenkirhenlilərin fanatları sırasına Adolf Hitleri də daxil edirlər. Əslində hər şey o qədər də asan deyil. Hitlerin "Şalke" rəğbətindən danışmaq isə ümumiyyətlə yersizdir, ona görə ki, futbolla maraqlanması ilə bağlı böyük şübhə var. Lakin nəyimiz varsa, var.
Xulio İqlesias

Xulio 16 yaşından "Real"da qolkiper rolunda futbol oynayıb, məktəbdən sonra isə hüquqşünas olmağı planlaşdırıb. Lakin onun planları 1963-cü ilin sentyabrında, avtomobil qəzasına düşəndə pozulur. Xulio iki il ərzində xəstəxanada yatır. Ciddi zədə alır, nəticədə isə gitara çalmağı öyrənir. Sonra müğənni və bəstəkar olur, lakin indi Madrid "Real"ının parlaq azarkeşı kimi qalmaqdadır. Eləcə də tennisçi Rafael Nadal, aktyor Penelopa Kruz və Antonio Banderas da "Real"ın məşhur azarkeşləridir.
Şakira

Nəsə deməyə ehtiyac var? Şakiranı futbolla təkcə DÇ-2010-a dair sauntreki deyil, həm də Xerard Pike ilə münasibəti bağlayır. Müğənni "Barselona"nın matçlarına tez-tez baş çəkir. Basketbolçu Kobi Brayant, yürüşçü Mixael Şumaher, İspaniyanın baş naziri Xoçe Luis Zapatero da "Barselona"ya azarkeşlik edirlər. (rekord.az)
Fanat.az