Bakının Nərimanov rayonunda yaşayış evindən 80 yaşlı qadının səcədi aşkarlanıb.
ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1935-ci il təvəllüdlü Bağırova Pəri Yaqub qızı bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkarlayıblar.
P.Bağırovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.