Azərbaycan - Qazaxıstan oyununu idarə edəcək Ali Palabıyık Bakıya bir dəfə səfər edib. Fanat.az xəbər verir ki, türk referi Avropa Liqasının 2015/16 mövsümündə keçirilən "Neftçi" - "Mladost" (Çernoqoriya) oyununu idarə edib.
I təsnifat mərhələsi çərçivəsində baş tutan oyun 2:2 hesabı ilə başa çatmışdı. Çernoqoriyadakı cavab oyunu 1:1 hesabı ilə yekunlaşdığı üçün "Neftçi" mübarizəni dayandırmalı olmuşdu.
Həmin qarşılaşmanın 33-cü dəqiqəsində Kamal Qurbanovu cəzalandıran Ali Palabıyık rəqib komandadan 3 futbolçuya sarı vərəqə göstərmişdi.
"Neftçi" - "Mladost" oyununda Ali Palabıyıka yardım etmiş yan xətt hakimlərindən biri - Ceyhun Sesigüzel Azərbaycan - Qazaxıstan matçında da iş başında olacaq.
Fanat.az