Müğənni Ebru Gündeşin həyat yoldaşı, iş adamı Rza Zərrabın ABŞ-da həbs edilməsinin ardından ikili haqda çıxan dedi-qodulara vəkil Şeyda Yıldırım cavab verib.
Axşam.az--ın Türkiyə mətbuatına istinadən məlumatına görə, mediada Rzanın martın 19-da həbs edildiyi, amma buna rəğmən Ebrunun sosial mediada paylaşımlara davam etdiyi yazılıb. Bu iddialara cavab verən cütlüyün vəkili hər şey aydınlıq gətirib:
"Onlar qızlarını "Disneyland"ə aparmışdılar. Rza həbs olunanda Ebru və Alara da onların yanında olub. Hazırda Rza Zərrabın yanında onu bütün səslənən ittihamlardan müdafiə edəcək vəkillər qrupu var".
Müğənninin İnstaqramda Aşıq Veysəli yad edən paylaşımını isə onun sosial media komandası paylaşıb.
Qeyd edək ki, ABŞ-ın İrana qoyduğu embarqonu pozmaq və digər ittihamlarla həbs olunan R.Zərrabın məhkəməsi aprelin 4d-ə baş tutacaq. Qızını İstanbula gətirən Ebru yenidn Mayamiyə qayıdıb.