"Fənərbağça"nın yarımmüdafiəçisi Luiş Nani futboldan başqa Braziliya və Anqolanın milli döyüş növü hesab olunan kapoeiraya maraq göstərdiyini də etiraf edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Nani bu iki növ arasında seçim etdiyini söyləyib.

"Futbol oynamasaydım, dostlarımla kapoeira ilə məşğul olacaqdım. Zamanla bu növ hobbimə çevrildi. Bir neçə effektli texnika öyrənəndən sonra kapoeiraya həvəslə girişdim və bir müddətdən sonra qrupda ən yaxşı idmançı oldum. bununla yanaşı, futbol oynamaq istəyim də vardı. Bu istəyim daha güclü idi və birinci gəlirdi. Bu səbəbdən futbol və kapoeira arasında seçim etməli idim. Hətta dostlarım da məni futbola yönəltdi. Məsəl var: "Sən saydığını say, gör, fələk nə sayır". "Sporting"lə məşq etməyə başlayanda bəxt üzümə güldü".

Milli.Az