Ötən il Yaponiyada sadəcə 1 milyon uşaq doğulub

Ötən il Yaponiyada sadəcə 1 milyon uşaq doğulub
07:11 2 Yanvar 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyada doğum səviyyəsi 2014-cü ildə rekord dərəcədə azalıb. ANS PRESS-in məlumatına görə, Səhiyyə Nazirliyi ötən il ölkədə sadəcə 1 milyon 1 000 körpə (1 001 000) doğulduğunu bildirib. Dünyasını dəyişənlərin sayı isə 1.3 milyon (1 300 000) nəfər olub. Bəzi hesablamalara görə, 2050-ci ilə qədər ölkədə əhali sayı 30 milyon azalaraq 97 milyona çatacaq.

Mütəxəssislər həyəcan təbili çalaraq bunun Yaponiyaya zərərləri olacağını bildiririlər.

Yaponiyada əhalinin 25 faizinin 65 yaşdan yuxarı olduğu bildirilir ki, bu rəqəm ölkədə ilk dəfə qeydə alınıb. Hökumətin ötən ili aprel ayında yaydığı statistik rəqəmlərdə ilk dəfə yaşlı əhalinin ölkə əhalisinin ¼ səviyyəsinə çatdığı qeyd edilib. Hesablamalara görə, 2060-cı ilə qədər ölkədə 65 yaşda yuxarı olanlar ölkə əhalisinin 40 faizini təşkil edəcək.

Səhiyyə Nazirliyi doğum səviyyəsinin azalmasının, doğmaq potensialına sahib qadınların da azalması demək olduğunu vurğulayıb.

Yaponiyada əhali sayının azalması müxtəlif səbəblərlə izah olunur.

Buna, doğmaq və uşağa baxmaq maliyyətinin çox olması, iş həyatında qadınların çoxalması, ailə qurmaq yaşının artırılması, ailə qurmayanların sayının çoxalması, ənənələrin dəyişilməsi və s. bu kimi səbəblər daxildir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=317423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR