Yeni ilin ilk nübarı (FOTO)

Yeni ilin ilk nübarı (FOTO)
09:46 2 Yanvar 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Başda İstanbul olmaqla Türkiyənin bir çox bölgələrində ağır qış şərtlərinin hökm sürdüyü bir vaxtda Aralıq dənizi hövzəsi sakinləri bahar mövsümünü yaşayır.

ANS PRESS-in məlumatına görə, Antalyanın Demre rayonunda bahar çiçəkləri açıb, xartut ağacı isə bəhər verib.

Rayonda havanın temperaturu gündüz 18-20 dərəcəyə çatır. Dəniz səviyyəsindən 350 metr yüksəklikdə olan Gürses məhəlləsində partağal ağacları çiçək açıb. Çiçəklərin açılmasına ən çox sevinən isə arılar olub.

Yerli sakinlər həyətlərində açılan çiçək və meyvə fotolarını sosial şəbəkədə paylaşıblar.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=317428

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR