"Xərçəngsiz Həyat Dərnəyi"nin təşkil etdiyi xeyriyyə şənliyinə müğənni Mustafa Ceceli və həyat yoldaşı da qatılıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalistlərinin suallarını cavablandıran Mustafa son albomunda duet oxuduğu Ebru Gündeş haqda da danışıb.
O, Ebrunun həyat yoldaşı, iş adamı Rza Zərrabın ABŞ-da həbs olunması haqda suala belə cavab verib:
"Biz onunla sadəcə musiqi haqda danışırıq. Bu haqda heç danışmamışıq".