“Abituriyent” jurnalının 2 ci sayı çap edilib

“Abituriyent” jurnalının 2 ci sayı çap edilib
16:54 31 Mart 2016
604 Ölkə
Ölkə mətbuatı
A- A+

 

“Abituriyent” jurnalının 2‑ci sayı çap edilib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri “Abituriyent” jurnalının bu sayında çap edilib.

Bu nömrədə həmçinin 2015-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr dərc olunmuşdur.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və yawww.abiturient.az saytından sifariş etmək olar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/237842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR