Həyat yoldaşı Rza Zərrab Amerikada həbs olunduqdan sonra konsertlərini təxirə salacağı deyilən müğənni Ebru Gündeş qərara gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu ay üçün nəzərdə tutulmuş 9 konsertini təxirə salmamaq qərarı alıb. Ebrunun əvvəlcədən müqavilələrini imzaladığı konsertlər Kıbrıs, Antalya və İstanbulda baş tutacaq.

Beyin əməliyyatından sonra həkimlərinin xəbərdarlığına baxmayaraq konsertlərinə davam edən E.Gündeş "Səhnədə müalicə alıram" demişdi. Ebru konsertlərindən sonra Amerikaya həyat yoldaşının yanına gedəcək.

Milli.Az